Top.Mail.Ru
MANŞET

Bakıda YPX avtomobili piyadanı vurub öldürdü

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

“Kainat” APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. 

Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button