Top.Mail.Ru

MANŞET

ARSIZLIQ! Separatçı erməni rejimi Kəlbəcərin kəndinə turist səfərləri TƏŞKİL ETDİ – FOTO

Xankəndində  fəaliyyət göstərən “TRTU” turizm klubu faktiki olaraq Rusiyanın hərbi kontingentinin himayəsi ilə Ermənistanın işğalında qalan Azərbaycan torpaqlarının gəzməli-görməli yerlərinə turist səfərləri təşkil etməyə başlayıb.
KAİM.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
“#Come_Our_Shen” adlı layihəyə  26 sentyabr, bazar günü Kəlbəcər rayonunun Rusiya hərbi kontingentinin nəzarətində qalmış  “Aterk” adlandırılan Həsənriz  kəndində start veriləcək.
Qeyd edək ki, Həsənriz kəndi Tərtər rayonunun Ağdərə şəhərindən 45 km qərbdə yerləşir.  Gözəl mənzərəsi olan kəndin yaxınlığındakı yüksəklikdən Murov dağ silsiləsi və Sərsəng su anbarının əsrarəngiz tablosu görünür…
/ moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button