Top.Mail.Ru

MANŞET

“Əgər asandırsa, gəlin türklərlə siz döyüşün” – Paşinyan istefasını tələb edənlərə səsləndi

Qarabağ məğlubiyyətindən sonra ermənilər Paşinyanı didmək üçün məqam axtarır. Elə ona görə də o, bu gün gəbərdilən erməni əsgərlərinin dəfn mərasiminə çoxlu sayda cangüdəndlərin müşayəti ilə gəlib.
Moderator.az xəbər verir ki, məğlubiyyət bəyannaməsini imzalamasından sonra Paşinyana istefa verməsi üçün Rusiyada yaşayan ermənilər tərəfindən də çağırışlar edilir. O, Rusiyadan gələn “istefa et!” çağırışına sərt təpki göstərib və “əgər asandırsa, gəlin türklərlə siz döyüşün” – deyərək onlara cavab verib.
Qeyd edək ki, Azərbaycan Ordusu cəmisi 44 günə Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad edib. Bundan sonra isə Ermənistanda xalq ayağa qalxaraq Şuşada təlxəklik edən baş nazir Paşinyanın istefa verməsini tələb edib. Ermənilər onu “vətən xaini” adlandıraraq itkin düşən əsgərlərini tələb edirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button