Top.Mail.Ru
bannerMANŞET

Yunanıstandan HƏDSİZLİK: “Türkiyə ilə MÜHARİBƏ QAÇILMAZDIR” – SÜKUT POZULDU

Yunanıstanın keçmiş müdafiə naziri Panos Kammenos ölkəsinin Türkiyə ilə müharibə ehtimalından danışıb və bildirib ki, münaqişə qaçılmazdır.

KAİM.az xəbər verir ki, ilyarımdan sonra sükutu pozan sabiq nazir jurnalistlərə qalmaqallı açıqlamalar verib. O, Mitsotakis hökumətini Türkiyə ilə kəşfiyyat danışıqlarına görə də tənqid edib.

Kammenos Egey dənizində Türkiyə ilə yeni qarşıdurmanın qaçılmaz olduğunu iddia edib və mümkün hücum təhlükəsi yaranarsa, Yunanıstanın elə ilk anlardan tək qalacağını deyib:

“Hərbi təlim zamanı Yunanıstan Sualtı Komandası türk balıqçılar tərəfindən təxribata təhrik edilib. Türkiyənin məqsədi Yunanıstanı Avropa Məhkəməsinə sürükləməkdir. Bu səbəbdən də yeni qarşıdurmaya başlayacaqlar”.

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis hökumətini tənqid edən Kammenos qeyd edib ki, münasibətləri dayandırmaq, əlaqə kanallarını bağlı saxlamaq çıxış yolu deyil:

“Həmçinin, suverenliyiniz pozulanda kəşfiyyat danışıqları apara bilməzsiniz, bu doğru deyil”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button