Top.Mail.Ru
MANŞET

TƏCİLİ! ABŞ-ın xüsusi təyinatlıları ermənilərə hərbi təlim KEÇİR: Könüllü qruplar YARADILDI

ABŞ-ın Hərbi Hava Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş əsgərləri Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədin bir neçə kilometrliyində yerləşən Armaş kəndində mülki sakinlərə, hətta uşaqlara hərbi təlim keçir.

KAİM.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “Vaşington Examiner” nəşri yazır.

Müəllif Neil Hauer həmin təlim düşərgəsindən reportaj hazırlayıb, onun reportajı sentyabrın 30-da dərc olunub. Bildirilir ki, ABŞ ordusunun erməni əsilli veteranlarından Aram təlim keçdiyi könüllülər dəstəsinə qarşıdakı təpəyə hücum əmri verir. Potensial yaraqlıların iki qrupu-onlardan birində əsasən yeniyetmələrdir, digərində isə 20 yaşlarında gənclərdir,-kolluqlardan çıxaraq əllərində avtomat kolonlar halında şərti düşmən səngərlərinə doğru irəliləyirlər.

Bu kənd Naxçıvanın və Türkiyənin İğdır bölgəsinin bir neçə kilometrliyindədir.

Müəllif xatırladır ki, ABŞ hələ 90-cı illərdən bəzi münaqişə bölgələrində, o cümlədən İraqda özəl ordulardan istifadə edib. O cümlədən başqa ölkələr də muzdlulardan istifadə edirlər, eləcə də 90-cı illərdə birinci Qarabağ müharibəsində muzdlulardan geniş istifadə edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button