MANŞET
Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partlatdılar

Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli olan Ermənistan ordusunun artıq son bölmələri bölgəni tərk edir.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədir.
Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bəyan ediblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.
Bütün bu proseslərə bölgəni tərk edən birləşmələrin komandanlığı tərəfindən nəzarət olunub.