Top.Mail.Ru

MANŞET

“Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağın müstəqiliyin tanıya bilər”-Politoloq

Fransa Senatının “Dağlıq Qarabağın müstəqilliyini tanımasının” nəticəsi nə olacaq? Politoloq Zaur Məmmədov bunu Kaim.az-a şərh etdi:

“Məlumdur kı, Fransa parlamentindəki bir çox deputatlar erməni diasporasının təsiri altındadırlar. Bir neçə dəqiqə əvvəl 306 senatordan 305-i Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı tövsiyə qətnaməsini hökumətə göndərdi. Bu Fransanın adına ləkədir.

İstisna deyil ki, Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağla bağlı spekultasiyaya yol versinlər. Onlar bölgədə müharibənin yenidən başlanmasını istəyirlər. Bu işə ümumdünya erməni diasporası milyonlarla pul ayırıb. Qərbdəki erməni diasporası Paşinyanın Putinin altına yıxılmasına imkan vermək istəmir…”

Elman Vəliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button