Top.Mail.Ru
bannerMANŞET

Afina-İrəvan-Tehran üçlüyü Bakı-Ankara-Təl-Əviv və İslamabada QARŞI: 3235 kilometrlik müharibə ANONSU

“Yunanıstan kimi kiçik kalibrli bir ölkənin sürətlə silahlanaraq özündən dəfələrlə böyük Türkiyəyə qarşı silah dili ilə meydan oxumasını hamı görməkdədir. Fransadan alınan qırıcılar, dəniz altıları, hərbi katerlər, milyardlıq silahlar Türkiyədə beyinləri qarışdırır və hər kəs bu sualı verir: “Yunanıstan müharibəyə başlayır?”

KAİM.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, siyasi platformalarda müzakirələr iki gücün müqayisəsi ilə bitsə də, artıq bəzi regional proseslər göstərir ki, Afina Ankaraya qarşı hərbi əməliyyatlara doğru sürətlə addım atır: “Hətta iş o yerə çatıb ki, Yunanıstanın sabiq baş naziri Çipras hazırkı hökuməti ciddi tənqid edərək, Türkiyəyə qarşı silahlanmaqdan imtina ilə bağlı çağırış edib. Bəs, Yunanıstana nə olub? Məsələ ondan ibarətdir ki, bütün proseslər öz başlanğıcını 44 günlük müharibədən sonrkı hadisələrdən alır. Azərbaycan və Türkiyə bölgədə formalaşmış regional və qlobal münasibətlər sistemini pozaraq ərazilərimizi azad edib, nəticədə bir çox mərkəzin və dövlətin Qafqaza, Orta Asiyaya, Avropa və Asiyaya dair planları qüvvədən düşməyə başlayıb”.

Əziz Əlibəyli əlavə edib ki, Ərdoğan-Əliyev tandemi Qafqaz düyününü açaraq yeni siyasi mərkəz – platforma inşa etməyə başlayıb: “İndi isə aktorlara baxaq. Türkiyə Anadoludan Orta Asiyaya qovuşmağa çox yaxındır. Məhz Zəngəzur dəhlizinin açılması məsələnin ilk şərtidir. Amma dəhlizin açılması, müharibənin bitməsi, İranın Qafqaz siyasətini uduzması və savaşın tək məğlub tərəfi olması anlamına gəlməkdədir. Əslində İranın sərhəddə təlimləri və mümkün proqnoz olaraq Zəngəzura (İbrahim Karagülün iddiası) qoşun yığması Azərbaycana qarşı cəbhə aça bilməsi anlamına gəlir. Deməli, İran Arazın cənubunda qoşun yığan Yunanıstan Türkiyə əlehinə silahlanma yarışında zirvəyə çıxmış oldu. Türkiyə tərəfdən meydanda – Şərqi Asiyadan-Qafqaza Pakistan, Azərbaycan tərəfdən İsrail cəlb edilən kimi, Ermənistan və İran tərəfdən də, Yunanıstanala Fransa prosesə daxil edildi. Bu məntiqlə Türkiyəyə qarşı İran demarşına cəhdin əsas səbəbi təkcə Tehran və onun sionist iddiaları deyil. Bütövlükdə Türkiyəni dayandırmaq, tərəddüd etdirmək və yüz illərdir Qərbin İran- Turan savaş tezislərini ideoloji əsasda yenidən inşa etməyə cəhdidir. Aşağıdakı xəritə üçlü ittifaqın istiqamətini göstərir – Afina – İrəvan- Tehran, Bakı- Ankara- Təl-Əviv-İslamabada qarşıdır.

Bir xəritə şəkili ola bilər

mənbə: Konkret.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button