Top.Mail.Ru

bannerMANŞET

SON DƏQİQƏ: Xocavənddə ATIŞMA: Ermənilər İTKİ VERDİ – Müdafiə Nazirliyindən AÇIQLAMA

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib”.

KAİM.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistanın ombudsmanı Arman Tatoyan bir neçə dəqiqə öncə Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 2 erməninin öldürüldüyünü və 6 nəfərin də yaralı olduğunu təsdiq edib. O bildirir ki, şiddətli atışmalar davam edir.

“Hazırda dəqiq bilinən odur ki, döyüşlər Əsgəran qalası yaxınlığındakı postlarımız istiqamətində gedir. Təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button