Top.Mail.Ru

MANŞET

Ermənilər Araik Arutunyanın əmlakına od vurub- Dağlıq Qarabağda rus jurnalistin gördükləri

Erməni cəmiyyəti parçalanıb.İndi Dağlıq Qarabağdakı ermənilər özlərinə elə “qarabağlı” deyir, erməni yox. Bura səfər rus jurnalistinin qeydləri maraqlıdır.

Kaim.az həmin reportajı ixtisarla  təqdim edir:

“Nairanın 46 yaşı var. Pediatrdır. Ermənistanda doğulsa da düz 20 ildir ki, Dağlıq Qarabağa köçüb . Stepanakertdəki ( Xankəndi) uşaq xəstəxanasında çalışır. Müharibə başlayandan sonra Naira Ermənistana gedib. Bugünlərdə isə qayıdıb. Deyir çoxları qayıtmağa tərəddüd edir. Dağlıq Qarabağın statusu naməlum qalır. Nə vaxt aydın olacaq bilinmir. Həm də  Ermənistanla Dağlıq Qarabağı birləşdirən yol qorxuya salır. Yolu rus sülhməramlıları qorusa da azərbaycanlıların olduğu Şuşanın yaxınlığından keçir.

 

Naira köks ötürür:” Birinci mühariədən sonra azərbaycanlılarla heç ünsiyyətdə olmamışıq. Indi yaxındadırlar. Bilmirəm necə olacaq.”

Yerli əhali nə Ermənistandakı hökumətə, nə də Arutunyanın komandasına etibar etmir. Anuş adlı qarabağlı erməni deyir ki, indi Paşinyanın adı onun üçün söyüş kimi səslənir.

Jurnalistlərin Stepanakerdə yaşadağı otellə üzbəüz iki mərtəbəli yanmış  mağaza var. Hisdən qaralmış divarında “İ recognize Artsakh” (Mən “Artsax”ın müstəqilliyin tanıyıram-red) yazılıb.

Vətəndaşlar deyir ki, mağaza yerli hökumətin prezidenti Araik Arutunyana məxsusdur.

Binanı sülh müqaviləsi bağlanan gün Hadrutda evini-eşiyini itirmiş bir erməni yandırıb.

İndi Stepanaketdə Şuşadan qaçıb gələnlər çoxdur. Arut onlardan biridir. Telefonunda avqust ayında çəkdiyi şəlaləni  göstərib kədərlənir. Hələlik qohumlarının evində qalır. Sonra necə olacaq bilmir.”

 

Tərcümə etdi İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button