Top.Mail.Ru

GÜNDƏMMANŞET

Ermənilər Xocalı aeroportu ilə silah daşıyacaq?- XANKƏNDİ HAVA LİMANININ AQİBƏTİ

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın daha altı hava limanının, o cümlədən, Xankəndi aeroportunun beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi təsdiqlənib.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bu, Xocalı aeroportudur.

“Çox düşündürücü və hələlik anlaşılmaz bir məlumatdır. Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək? Qarabağda separatçılıq yeni başlayanda, 1990-cı ilin əvvəllərində də bu hava limanına nəzarət üstündə xeyli mübarizə getmişdi.

Loading...
Yazının davamı reklamdan sonra

Bir müddət bu aeroport rusların nəzarətində olmuşdu və ermənilər təyyarələrlə xeyli silah gətirə bilmişdilər. Bu səbəbdən də o zaman nəzarət bir müddət OMON-a verilmişdi. Bəs, indi necə olacaq? Xankəndi-İrəvan, Xankəndi-Moskva, Xankəndi-Paris və s. beynəlxlaq reyslər açılacaqmı?

Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu, ağlasığmaz nəticələrə gətirib çıxaracaq”.

Ağaliyev Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button