Top.Mail.Ru

bannerMANŞET

SON DƏQİQƏ: Türkiyə ordusu döyüş vəziyyətinə gətirildi – dəhşətli müharibəyə qərar verildi?(VİDEO)

Şərqi Aralıq dənizində Avropa İttifaqının “İrini” əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus “Roseline-A” ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra Türkiyə Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.

Oxu24.com xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “E-7T-Barış Kartalı” havadan təcili xəbərdarlıq təyyarəsi Şərqi Aralıq dənizi səmalarında uçuş həyata keçirib.

Bu əsnada 3 nəhəng “A400M” hərbi karqo təyyarəsi Triploidəki Vətiyyə bazasına təchizat daşıyıb. Bundan başqa, Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirliyi, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı rəsmilərinin iştirakı ilə məsələyə dair yaradılan İşçi Qrupunin ilk toplantısında olaya qarşı hərbi variantlar da müzakirəyə çıxarılıb.

Loading...
Yazının davamı reklamdan sonra

“İrini” hərəkatında Liviyadakı qiyamçı general Xəlifə Haftar qüvvələrinə yardım daşıyan ticarət gəmilərinə qarşı sərgilənən passiv davranışa reaksiya olaraq atıla biləcək addımlar dəyərləndirilib.

Bölgədə ticarət səfərlərini davam etdirən Türk bayraqlı gəmilərə qarşı bənzər olaylarda Türkiyənin döyüş gəmilərinin iştirakı ilə görüləcək tədbirlər və lazım gəldikdə icra ediləcək vəzifələr mövzusunda da şərhlər verilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Mövlud Çavuşoğluya məsələ ilə ilə bağlı təlimat vermişdi.

Ərdoğanın təlimatı “cavabımızı meydanda verəcəyik, bu işin izini buraxmayacağıq” istiqamətində olub.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button