Top.Mail.Ru
bannerMANŞET

Bakıdan İran – Ermənistan ittifaqına AĞIR ZƏRBƏ – Vəziyyət KRİTİKLƏŞƏ BİLƏR

İranda yenə hansısa bir başıpozuq deputat, hansısa bir general bir müddət keçəcək, yenə Azərbaycan əleyhinə bir açıqlama verəcək və vəziyyət yenə də gərginləşmə həddinə gəlib çıxacaq. Çünki İranın bu məsələdə vahid bir siyasəti yoxdur. İran nazirliyi açıqlama verdi ki, Qarabağa qanunsuz yük daşımayın. Amma məsələ bununla bitmir. İranın bizdən başqa tələbləri də var. Azərbaycanınd axili işlərinə qarışmaq istəyir, İsraillə əməkdaşlığımıza qarşıdır.

Biz İranın tələbi ilə israillə əməkdaşlıqdan qopa bilmərik. Bu, bizim müstəqil siyasətimizdir. İsraildən hərbi texnika alırıq, İsrailə neft satırıq. İsrailə neftə olan tələbatının 40%-ni Ceyhan limanı üzərindən Azərbaycan alır, biz neçə kəsə bilərik?! Bu məsələdən də İran əl götürən deyil. Biz də öz siyasətimizdən vazkeçən deyilik. Demək gərginlik qalacaq.

Üstəlik ikinci bir element: Biz Türkiyə ilə hərbi müttəfiqik, onu daha da gücləndiririk. Bu da rəsmi Tehranın xoşuna gəlmir. Ona görə də bu müstəvidə də onlar bizə qarşı müəyyən açıqlamalar yenə də səsləndirəcəklər. Amma bizim qarşımızda da müəyyən hədəflər dayanıb. Biz elə etməliyik ki, Azərbaycana yönəlik bu siyasətinə rəğmən İranı zaman-zaman yola gətirməyə çalışaq.

Loading...

Məsələn, İran-Ermənistan ittifaqı bizim maraqlara ziddir. Əlbəttə, görünür, İranın öz maraqları var ki, Ermənistanla sıx əlaqələr qursun, amma bizim əlimizdə çox güclü alətlər var ki, hər zaman bu ittifaqı zəiflədək və zərbə vuraq. Yəni, biz elə etməliyik ki, bölgədə İran-Ermənistan ittifaqı güclənməsin.

Biz bununla İranın və ya Ermənistanın daxili işlərinə qarışmırıq. Bu, bizim maraqlara uyğun olduğu üçün bu siyasəti yürüdürük”.  //Milli.Az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button