Top.Mail.Ru
bannerMANŞET

İranın qorxduğu BAŞINA GƏLİR: Təbriz şəhəri boyunca – “Güney Azərbaycan İran deyil” / FOTO

İranın Təbriz şəhəri boyunca divarlarda qrafitilər yazılıb: “Güney Azərbaycan İran deyil”.

KAİM.az xəbər verir ki, Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı aksiya keçiriblər. Onlar qrafiti və divar yazıları ilə Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.

Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, “Güney Azərbaycan İran deyil” sözləri yazılıb.

Loading...

Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılmışdı. İran nə qədər çalışsa da azərbaycanlıları farslaşdıra bilmir, öldürməklə, zindanlara doldurmaqla da səyləri boşa çıxır. Çüney Azərbaycan müstəqillik istəyir.

mənbə: Konkret.az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button