Top.Mail.Ru
bannerMANŞET

Polisə “Məni cərimə etmisən, xəstəni götür, RƏDD OL” deyən qadın həkim kimin HİMAYƏSİNDƏDİR? – ŞİKAYƏT

Ucar rayon sakinləri Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvətlə üzləşib.

Bu barədə KAİM.az-a Ucar rayon sakinləri Həmidov Rəhim Nazim oğlu, Həsənov Hüseyn Məcid oğlu, Kamilova Ruhiyyə Bilal qızı, Babayev Cəfər Tahir oğlu, Vəliyeva Elmira Məhəmmədəli qızı və Alıyev Paşa Rzaqulu oğlu şikayət ərizəsi yazaraq məlumat veriblər.

Məlumata görə, Mərkəzi Xəstəxanın həkimi İlahə Ağayeva qurduğu qanunsuz sistem vasitəsilə gündəlik 3000-3500 manat məbləğində gəlir əldə edir. Xəstələrin müayinəsi üçün lazım olan avadanlıqlara qoyulan baha məbləğ vasitəsilə varlanan həkim zaman keçdikcə ona müraciət edən xəstələrlə davranışında etik qaydalara riayət etməməyə başlayıb. Belə ki, xəstəxanada qaraciyər-dalaq, mədəaltı vəzi müayinəsi, böyrək müayinəsi 50 manata, prostat vəzi, sidik kisəsi, kor bağırsaq müayinəsi isə 60 manata həyata keçirilir. Qeyd edilən qiymət cədvəlinə maddi durumu yetməyən xəstələr isə Göyçay rayon xəstəxanasına üz tutmalı olurlar.

Şikayət ərizəsində bildirilir ki, yığılan qanunsuz kapital hesabına özünə bahalı avtomobil alan İlahə Ağayeva yol-hərəkət qaydalarına da düzgün əməl etmir. Ona bu barədə xəbərdarlıq edən və cərimələyən polis işçilərinə qarşı davranışı isə tamamən qanuna-ziddir. Belə ki, həkimi cərimələyən polis işçisi həyat yoldaşının sağlamlığında yaranan problemlə əlaqədar İlahə Ağayevaya müraciət etsə də, ona sözügedən şəxs tərəfindən “Xəstəni də götür, rədd ol” cavabı verilib. Polis işçisi təcili ultrasəs müayinəsinə ehtiyacı olan xəstəni Göyçay rayon xəstəxanasına aparmalı olub. Narazı sakinlər deyir ki, hadisə xəstəxananın kameralarına düşsə də, bu barədə həkimə qarşı hər hansı ciddi tədbir görülməyib.

Saytımıza Göyçay rayon sakinlərinin verdiyi məlumata görə, İlahə Ağayeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsindədir. Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı isə İldırım Məmmədovun qızının qaynıdır. Elə bu səbəbdən həkimin qanunsuz əməlləri və korrupsiya faktları gizlədilir və “kapriz”lərinə göz yumulur.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button