Top.Mail.Ru

bannerMANŞET

SON DƏQİQƏ! Ermənilərdən növbəti TƏXRİBAT: Vertolyotumuzun vurulduğu YERDƏ… – VİDEO

Ermənilər Azərbaycan Respublikasının Xocavənd rayonunun “Berdaşen” adlandırılmış Qarakənd kəndinin təpələrindəki “erməni kilsəsi” deyə özününküləşdirdikləri qədim abidəmizi “bərpa” etməyə başlayıblar.

KAİM.az xəbər verir ki, bu haqda “Reartsakh” teleqram-kanalı məlumat yayıb və video-görüntü təqdim edib.

Qeyd edək ki, Qarakənd kəndindəki Albanberd kilsəsi Azərbaycan Nazirlər Kabinetinini abidələr siyahısında İNV № 4353 inventarlaşma nömrəsi ilə qeydə alınııb. Adından da bəlli olduğu kimi, kilsə müsəlmanlığa qədər xristianlığı qəbul etmiş türk tayfalarından olan alban, yaxud alpanlara məxsus olub…

Loading...

Zəruri xatırlatma:

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalılarının olduğu vertolyot vurulub.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, televiziyanın işıqçısı Fəxrəddin Şahbazov, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov da olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Bu günədək – 30 ildir ki, 20 Noyabr faciəsi barədə bir sıra məsələlər qaranlıq qalır, təşkilatçı və icraçılar aşkarlanaraq cəzalandırılmayıb.

Zəruri arayış:

Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd.

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsindən iştirak ediblər. Bu barədə 1919-cu ilin yanvar ayının 3-də teleqram vuran Gəncə qubernatoru bildirir ki, Qarakənd erməniləri yanvar ayının birində Ağdam-Karyaqino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq kənddəki ermənilər silahlanır, kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzdlu əsgərlər gəlir. 1991-ci ildə bu kəndin səması üzərində ermənilər tərəfindən “Mİ-8 N72” helikopteri vurulur. Azərbaycan tarixində Qarakənd faciəsi kimi adlandırılan bu hadisə zamanı ölkəmizin çoxlu sayda yüksək rütbəli dövlət məmurları qətlə yetirilir. Kəndi ermənilərdən azad etmək məqsədilə Azərbaycan ordusu bir neçə dəfə hücuma keçir, lakin bunlar hər dəfə uğursuzluqla başa çatırdı. Sonuncu belə hücum 1994-cü ilin əvvəlində Qarakənd əməliyyatı zamanı həyata keçirilsə də, bu hücum da uğursuzluğa düçar olub.

Toponimikası

Qarakənd kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazilir. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar qaya və şen kand) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə avaz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır.

mənbə: Moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button