
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
“Report”un xəbərinə görə, Ramiz Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.