Top.Mail.Ru
MANŞET

“Azəriqaz” İB əməkdaşları vətəndaşın həyətinə HÜCUM ETDİ – Ruslan Əliyevin XƏBƏRİ VAR?

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları vətəndaşa göstərilən xidmətlər üçün menyuda dəyişiklik ediblər. Artıq sayğaclara edilən kənar müdaxilələr, istehlakçı borcunun süni artırılması, verilən qazın hesabatsız və qərəzli olaraq kəsilməsi və s. “xidmətlər” inkişaf mərhələsinə qədəm qoyub.

Yazdıqlarımızı əsaslandırmaq üçün saytımızın əməkdaşı Xəlil Həsrətovun başına gələn hadisəni diqqətinizə çatdırırıq.

Saytların yığılması Saytların yığılması

Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə yaşayan Xəlil Həsrətov 21 dekabr tarixində evinin qarşısında xoşagəlməz mənzərə ilə qarşılaşıb. Belə ki, vəzifəsini təsdiqləyən vəsiqəni göstərməkdən imtina edən “Azəriqaz” İB əməkdaşları evin ətrafındakı ərazidə qanunsuz qazıntı işləri aparıb.

Bəli, fotodakı xəndək qızıl axtarışına çıxan macərapərəstlərin, ya da qədim mədəniyyətlərin araşdırılması ilə məşğul olan arxeoloqların deyil, “Azəriqaz” İB əməkdaşlarının “əl işi”dir.

Bildirək ki, həmin şəxslər özlərinə bəraət qazandırmaq üçün hansısa şikayət əsasında qazıntı apardıqlarını desələr də, bu barədə Xəlil Həsrətova heç bir məlumat verməyib və suallardan yayınmağa çalışıblar. Zərərçəkmiş əməkdaşımız şikayət ərizəsinin təfərrüatlarını öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Yol qırağında yerləşən qaz borusunun üstünü açan işçilər işlərini yarımçıq qoyaraq hadisə yerindən uzaqlaşıblar. Anlaşılır ki, öz qanuni vəzifələrini yarıtmayan, dövlətin sakinlərin rifahı üçün atdığı addımların vətəndaş gözündə kiçildilməsi üçün çalışan şəxslər qanunsuz əməllərini də tam həyata keçirməkdə acizdirlər.

Fotolardan göründüyü kimi, həyətdə yerləşən qaraja giriş-çıxış imkanı “Azəriqaz” İB əməkdaşlarının qanunsuz fəaliyyətinin təzahürü nəticəsində məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin şəxslərin rüşvət yığımı ilə məşğul olması haqqında ciddi şübhələr var. Bundan əlavə, özünü istehsalat birliyinin vəzifəli şəxsləri kimi təqdim edən şəxslər istifadəçi ilə etik davranış çərçivəsindən çıxaraq qərəzli rəftar edib və vəzifədən sui-istfadə halına yol verib. Əməkdaşımız Xəlil Həsrətov hadisə ilə bağlı məsul şəxsin həmin əraziyə nəzarət edən İlqar adlı vəzifəlinin olduğunu öyrənə bilib.

Ümid edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev baş verən qanunsuz davranış və cinayət tərkibli hadisədən xəbərdar deyil. Hər halda, öyrənməsinə vəsilə olduq. Hadisənin araşdırılmasına və rəhbərlik tərəfindən lazımi addımların atılacağına inanırıq.

Zəruri qeyd: Mövzu diqqətimizdədir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir