Top.Mail.Ru
MANŞET

Erməniyə torpaq vermişdi, amma qürurlu idi? –Sərsəmliyin bir həddi var

Ermənilər məğlubiyyətlərin qəbul edə bilmirlər. Aydındır. Çünki düşməndir, ağır zərbə alıb.

Bəs Azərbaycan müxalifəti bizim qələbəmizdən niyə narahatdır?

10 noyabrın Zəfər Günü elan edilməsi sanki yataqlarına birə salıb. Osmanqızının kanallarında yenə yığışıb zəhər tökürlər.

Qələbə tam deyil, ruslar niyə gəldi,   Xankəndi, Xocalı nə vaxt qaytarılacaq.

Axı bunlara aydınlıq gətirib prezident. Zamanla həll ediləcək.

Güllü Cahangirova deyir ki, 93-də Rusiya qoşunların çıxarmışdıq, qürurlu idik.

Adama politoloq, siyasi şərhçi demək belə olmur. Rus qoşunun çıxarıb 20 faiz torpağı erməniyə peşkəş etmək idi qürur?

Bunlar nə danışır? Elçibəy o qədər diletant idi ki, müharibə gedə- gedə İran, Rusiya ilə münasibəti korladı. Sanki şərait yaratdı ki, gedin erməniyə kömək edin.

Heydər Əliyev gəlməsə idi hələ haraları itirəcəkdik bilinmir.

Məsələ bəllidir. Torpaqlar qayıdıb. İlham Əliyevin reytinqi yüksəlik. Ənənəvi müxalifətin dayaqları tamam itib.

Tarixin arxivinə atrılan müxalifətin sərsəmləmələri kimsəyə maraqlı deyil. Nə Kərimlinin, nə Osmanqızının, nə də onlarla bir sırada olanların.

Vüsal Qalalı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button