Top.Mail.Ru

MANŞET

Azərbaycanla Türkiyə arasında 1 milyard avroluq saziş hazırlanır

Yaxın həftələrdə Türkiyə Azərbaycanla 1 milyard avroluq (1,14 milyard dollar) valyuta mübadiləsi sazişi imzalamağa yaxındır.

KAİM.az xəbər verir ki, bu barədə məsələ ilə tanış olan iki Türkiyə rəsmisi “Middle East Eye”ə bildiriblər.

Təklif olunan saziş Türkiyənin sabit valyuta ehtiyatlarını gücləndirmək üçün son vaxtlar etdiyi bir neçə valyuta svop sövdələşmələrindən biridir.

Loading...
Yazının davamı reklamdan sonra

Yüksək rütbəli türk rəsmisi MEE-ə bildirib ki, sövdələşmə demək olar hazırdır: “Sadəcə bürokratiya zaman tələb edir”.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının xəzinəsini tükəndirən valyuta böhranı fonunda çərşənbə günü Türkiyə Birləşmiş Ərəb Əmirlikləri ilə təxminən 5 milyard dollarlıq valyuta mübadiləsi sazişi imzalayıb. (Qafqazinfo)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button