Top.Mail.Ru

MANŞET

Vaşinqton Ankara ilə ANLAŞIR: Müraciət təsdiqlənir, Türkiyə GÜCLÜDÜRSƏ…

“Vaşinqtonda “F-16” qırıcılarının tədarükü ilə bağlı Türkiyə və ABŞ arasında aparılan danışıqların müsbət nəticəsi var”.

KAİM,az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

“Yeni “F-16″ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra ABŞ-a nümayəndə heyəti getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə kömək edəcəyini izah etdik. Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, – Türkiyənin “Milliyet” qəzeti Akarın sözlərindən sitat gətirib.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan əvvəl “CNN Türk”  amerikalı mənbələrinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar Qara dənizdəki NATO müttəfiqlərini gücləndirmək üçün Türkiyənin “F-16” qırıcı təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləyə bilər. //Publika.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button