Top.Mail.Ru

MANŞET

Aysel Həmidovanın BİZNES SAHƏSİ: Məktəb direktoru şəhid adı altında ALVER EDİR – ŞİKAYƏT

Ucar rayonu Qarabörk kənd tam orta məktəbin direktoru Aysel Həmidova məktəbi biznes sahəsinə çevirib.

KAİM.az xəbər verir ki, bu barədə redaksiyamıza həmin məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışan Əliyev Allahverdi Tarif oğlu şikayət ərizəsi yazaraq məlumat verib.

Loading...
Yazının davamı reklamdan sonra

Ərizəni məzmununa müdaxilə etmədən oxucularımıza təqdim edirik:

“Mən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyirəm. İşlədiyim 12 il ərzində heç bir nöqsana yol verməmişəm. Ancaq məktəbin direktoru Aysel Həmidova istədiyi pulu ödəyə bilmədiyim üçün məni işdən çıxaracağı ilə hədələyir.

15 Sentyabr 2020-ci ildə Ucar rayonu Qarabörk kənd tam orta məktəbə direktor təyin olunan Aysel Həmidova ilk gündən məktəbi biznes sahəsinə çevirib, yalnız pul toplamaqla məşğuldur. Vəzifəsindən sui-istifadə edərək iş rejimini, qaydaları, əmək normalarını pozur.

Aysel Həmidova ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərin adına dərs, dərnək, məşğələ yazır və hər ay qazanılan gəlirlərin ona verilməsini tələb edir. İşdən bir günlük icazənin qiyməti isə 15-20 manatdır. Bəzi texniki işçilərin davamiyyətinə göz yumur, əvəzində onlardan pul alır.

Hər ay “Fond pulu” adı ilə müəllimlərdən 15-20 manat məbləğində pul yığılır ki, bu da bir ayda 1200 manat pul edir. 1 il 6 ay ərzində Fonda yığılan pul ilə cəmi bir ədəd hidrofon aparatı alınıb. Pulun 125 manatı fonddan ödənilib, 125 isə manat maqazinə borclu qalınıb.

Aysel Həmidova xəstəlik səbəbindən bülletendə olan müəllimlərin dərslərini digər əvəzçi müəllimə yazaraq pul mənimsəyir. Direktor məktəbdə sağlam emosiya ilə mühit yarada bilmir. Bütün müəllimləri və işçiləri təzyiq altında saxlayır. Məktəbdə kütləvi narazılıq hökm sürür.

Onun məktəbin necə idarə olunmasından, müasir təlim texnologiyalarından xəbəri yoxdur, İKT bilikləri sıfır səviyyəsindədir, ən sadə əməli yazı nümunələrini yazmağı bacarmır, məktəbdə kargüzarlıq və sənədləşmə işləri biabırçı vəziyyətdədir.

Direktor məktəb daxilində dırnaqarası “ştat” formalaşdırıb və işə düzəltmək adı ilə kənddə bir neçə nəfərdən pul alıb. Məktəbin bufetini işlədən Kifayət adlı kənd sakinindən məktəbə texniki işçi kimi qəbul edəcəyi adı ilə 2500 manat pul alıb. Ancaq hələdə onu işə qəbul edə bilməyib, nədə ki, pulunu geri qaytarmayıb.

Məktəbdə adı olan, lakin bir gün belə işə gəlməyən musiqi müəlliminin əmək haqqını isə hər ay direktor Aysel Həmidova alır.

Aysel Həmidova necə yararsız bir insandır ki, şəhidin məzarına əklil qoyulması üçün müəllimlərdən 150 manat pul toplayıb və şəhidin məzarına 20 manat dəyərində əklil qoydurub. Məktəb direktoru şəhid adı altında alver edir.

Direktor Qarabörk kənd tam orta məktəbinin səsvermə məntəqəsinə alınmış 700 manat dəyərində yeni elektrik generatorunu və bir neçə ədəd stulu da evinə aparıb köhnələri ilə əvəzləmişdir.

Babayev Zahir və onun həyat yoldaşı Babayeva Limuzər məktəbdə növbəli gözətçi vəzifəsində işləsələrdə işə gəlmirlər. Məktəbin qorunması ancaq orada olan 26 ədəd müşahidə kamerasının ümidinə qalıb. Müşahidə kamerasından söz açılmışkən qeyd edim ki, direktora pul verib işə gəlməyənləri aşkar etmək üçün həmin müşahidə kameralarına baxmaq kifayətdir.

Aysel Həmidova əslən Goranboy rayonundandır. Ucar rayonunun Qazyan kəndinə ərə gəlib. O, özünü Təhsil Naziri Emin Əmrullayevin yaxın qohumu kimi qələmə verib korrupsiya əməlləri ilə məşğul olur.

Qarabörk kənd tam orta məktəbində təhsil adına böyük  rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. İrad tutanlara isə, “Bu mənim işimdir, özüm bilərəm” deyir.

Onu da qeyd edim ki, Ucar rayonu Qarabörk kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən tikilərək 15 sentyabr 2020-ci il tarixdə istifadəyə verilmişdir. 420 şagird yeri olan məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir. Mehriban Əliyevanın bu təşəbbüsünü Qarabörk kənd sakinləri alqışlayır. Ancaq çox təəssüf olsun ki, belə yaraşıqlı müasir məktəbə feodal təfəkkürlü korrupsioner şəxs rəhbərlik edir.

Mən mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Emin Əmrullayevdən və hüquq mühafizə orqanlarından xahiş edirəm ki, direktor Aysel Həmidovanın korrupsiya əməlləri hərtərəfli, obyektiv araşdırılsın və barəsində ciddi tədbirlər görülsün.”

P.S Qarşı tərəfin mövqeyini saytımızda dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button