
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifədən azad edilib.
KAİM.az xəbər verir ki, bu barədə hərbi jurnalist, “MİQ.az” saytının rəhbəri Aqil Alışov öz “facebook” profilində status yazıb.
“Ordunun onurğa sütunu, həm də düşünən beyni Baş Qərərgah rəisidi. Nəcməddin Sadıqov ordudan uzaqlaşdırılandan sonra indiyə kimi yerinə təyinat olmayıb.
Silahlı Qüvvələrimizə Baş Qərargah rəisinin kimin təyin olunacağı sualı hər kəs kimi məni də düşündürür.
Ümid edirəm ki, yeni təyinatdan sonra ordumuzda inkişaf və yeniliklər hər kəsin ürəyincə olacaq.
Müdafiə Nazirliyində ifrat dərəcədə kök atmış, qruplaşma, qohumbazlıq və yerlibazlığın qarşısı mütləq alınacaq…”
Fikrət
KAİM.az