Top.Mail.Ru

MANŞET

Dövlət başçısı: “Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”

Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır. Hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar.

KAİM.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

“Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, milli ruh, mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması. Bütün bunları ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var. Biz hər an erməni faşizmini əgər bir daha baş qaldırsa, əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, – dövlət başçısı vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button