Top.Mail.Ru
MANŞET

AÇIQLANDI! Prezident Əliyev ölkənin gələcək VİZYONUNU elan etdi: Nə Rusiya, nə Avropa… – VİDEO

Prezident İlham Əliyev deyib: “Avropa tarixi qan və müstəmləkəçilik tarixidir…Biz Avropa deyilik!”

Tədqiqatçı alim Yasəmən Qaraqoyunlu deyib ki, İlham Əliyevin Avropa haqqında dediklərinə, nöqtəsinə -vergülünə qədər qatılırıq: “Bəli biz Avropa deyilik. Biz Türkük, Asiyayıq, Şərqik, Müsəlmanıq, Ordu Millətik. Biz Türklər öz sivilizasiya dəyərləri, siyasi və mədəni sistemi, düzən anlayışı olan, Allah-insan, insan-təbiət, insan-insan, insan-Dövlət münasibətləri haqqında öz təsəvvürü olan super sistem qurucu millətik”.

Saytların yığılması Saytların yığılması

Lakin onu da deməyi özümə borc bilirəm ki, Bizi 200 il işğal və müstəmləkəçilik altında saxlayan Rusiya tarixi, mədəniyyəti, dövləti də qan və müstəmləkəçilik üzərində qurulub. Rusiya dövləti öz tarixinin 600 ilini fasiləsiz olaraq Türklərlə müharibəyə həsr edib. Rusiya Türk coğrafiyasında, Türk Torpaqları üzərində, Türk mədəniyyəti üzərində qurulub. Rusiyanın tarixi torpaqları Moskva və ətraf əraziləri əhatə edir. Rusiya tarixi etnoqrafik ərazilərinə çəkilməlidir. Rusiya tarixi də Qan və Müstəmləkəçilik tarixidir.

Rusiya Qan töküb. Türk Qanını töküb, Türk qanı üzərində bərqərar olub. Rus Tarixi Türklərlə savaş tarixidir. Türk Millətinə Ruslar qədər zərbə vuran dövlət, millət olmayıb. Rusiya Qızıl Orda dövlətini işğal edib, çökdürüb, Qacar Türk imperatorluğunun, Osmanlı imperatorluğunun çökdürülməsində Rusiya iştirak edib. Azərbaycan üzərində xaçlı Ermənistan dövləti qurub. Rusiya Türk-Turan-İslam düşmənidir. Rusiyanın Azərbaycandakı 300 rus dilli məktəbləri bağlanmalıdır. Rus dilinin rəsmi tədrisi qadağan edilməlidir. Azərbaycan Rusiyanın periferiyası, arxa bağçası olmaqdan çıxmalıdır. Yolumuz nə AvroAtlantik sistemədir, nə Avrasiya sisteminədir. Yolumuz Turan sisteminədir.

Bənzər yazılar