Top.Mail.Ru
MANŞET

AFFA prezidenti olmaq istəyən Elxan Məmmədov mətbuatı ələ keçirir – Böyük büdcə ilə GİZLİ PLAN

AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun ölkənin ali futbol qurumunun prezidenti olmaq eşqi gündən-günə alovlanır.

KAİM.az xəbər verir ki, pressing.az-ın əldə etdiyi məlumata görə, hazırda FIFA-da çalışan funksioner geniş hərəkətə keçib. Tez-tez Bakıya səfər edən Məmmədov bəzi şəxslərlə görüşüb və geniş planlar cızılıb.

Saytların yığılması Saytların yığılması

Onun yaxın ətrafındakı şəxslərdən biri yeni idman saytnını açılmasını və burada böyük PR aparılmasını təklif edib.

Həmin məsələ öncə razılaşdırılsa da, mediada bir neçə şəxsin duyuq düşməsindən ehtiyatlanaraq, PR qüvvələri geri addım atıblar.

Ancaq bəzi idman saytları ilə əməkdaşlıq razılaşdırılmaq üzrədir və mütəmadi olaraq Elxan Məmmədovun FIFA-dakı fəaliyyəti PR ediləcək, ölkə futbolunun digər bacarıqlı kadrları isə tənqid atəşinə tutulacaqlar.

Bunun üçün PR edəcək şəxslərə olduqca böyük büdcə ayrılıb.

Gələn ilin martında AFFA-da prezident seçkisi keçiriləcək. Hələ ki namizədlər bəlli deyil.

Bənzər yazılar