Top.Mail.Ru
MANŞET

Azərbaycan Ordusunun komando bölmələrinə həyacan siqnalı verildi/VİDEO

Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edirlər.

Bu barədə KAİM.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.

Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı müvafiq qərarlarını bölmələrə çatdırıblar.

Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.

Bənzər yazılar