Top.Mail.Ru
ARAŞDIRMA

Azərbaycan şah əsərinin baş qəhrəmanı-HEYDƏR ƏLİYEV

Sordu: “Köhnə qızıl, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır!”
Hələ 12-ci əsrdə Nizami Gəncəvi tərəfindən tarixə həkk olunan bu misraları yüzilliklər sonra dahi şəxsiyyət Heydər Əliyev bir daha sübuta yetirdi. Bunu təsdiq edən fakt isə 1998-ci ildə mətbuatda senzuranın ləğv olunmasıdır.
Demokratiyanın yüksəksürətli inkişafında təqdirəlayiq addımların atılması üçün qurulan planların təməlində həmin bu qərar dayanır. Dahi lider yaxşı başa düşürdü ki, cəmiyyətdə demokratik sistemin qurulması və məharətlə təqdim olunması birbaşa KİV-lərdən asılıdır. Əgər bir ölkədə KİV sərbəst, azad fəaliyyət göstərirsə, söz azadlığından təhlükəsiz şəkildə istifadə edə bilirsə bu cəmiyyətin dilində də öz əksini tapır.
Heydər Əliyevin mətbuatımız qarşısında olan öhdəliklərini ləyaqətlə yerinə yetirməsi nəticəsində hazırda ölkədə saysız-hesabsız müstəqil elektron KİV-lər, jurnalist qurumları, informasiya agentlikləri azad fəaliyyət göstərir. Tarixi əhəmiyyəti olduqca dəyərli olan bu proseslər demokratik mövcudluğun, söz azadlığının və azad fikirin təqdirəlayiq göstəricidir. Jurnalistlərə daim dərin hörmət hissi bəsləyən ümummilli lider bizlərin hüquqlarımızın qorunması üçün düşünülmüş islahatlar aparmağıda ehmal etmədi və bu çərçivədə qanunlar qəbul etdi.
Əminliklə deyə bilərik ki, bu günki müstəqil, demokratik, iqtisadi-siyasi sahədə sürətlə inkişaf edən Azərbaycan Heydər Əliyevin şedevri, Heydər Əliyev isə Azərbaycan qəlbinin şah damarıdır.
Uzaqgörən siyasi xadimin 20-ci əsrdə Jurnalistikaya bu qədər önəm verməsi, qayğısına qalması heç də təsadüfi deyildi. Bu gün Heydər Əliyevin oğlu prezident İlham Əliyev ön cəbhədə dəyərli şəhidlərimiz, qazilərimiz, veteranlarımız, arxa cəbhədə isə KİV-lər vasitəsilə ərazi bütövlüyümüzün bərpa olunduğunu sevimli xalqına çatdırdı. “Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır” həqiqətini həm qəhrəman Azərbaycan xalqına, həm də erməni riyakarlarına sübut etdi.
Bu gün KİV üçün yaradılan imkanlardan məharətlə istifadə edərək bizə əmanət edilən Azərbaycanı inkişaf etdirməyə çalışırıq.
Ulu öndərimiz Heydər Əliyevi dərin hörmət, qürur və fəxarət hissi ilə anır, ruhuna Allahdan rəhmət diləyirik!
Ağaliyev Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir