Top.Mail.Ru
bannerMANŞET

Diktatorun 400 əsgərə qarşı təkbaşına döyüşmüş 14 yaşlı nəvəsi – Mustafa Səddam Hüseyn

O, prezident nəvəsi idi. Uşaqlıqdan yağ-bal içində böyümüşdü.

Babası uzun illər ölkəni totalitar rejimlə idarə edən, dünyaca tanınmış bir lider idi. Naz-nemət içində böyüməsinə baxmayaraq babasına xas olan xüsusiyyətlər – mərdlik, kişilik, döyüşkənlik ona da keçmişdi. Publika.az xəbər verir ki, məhz bu səbəbdən nüfuzlu “New York Times” qəzeti onu 21-ci əsrin ən cəsur yeniyetməsi seçib. Söhbət İraq prezidenti Səddam Hüseynin nəvəsi Mustafa Səddam Hüseyndən gedir.

Saytların yığılması Saytların yığılması

ABŞ ordusu İraqa soxulanda Mustafanın 14 yaşı yenicə tamam olmuşdu. Vəziyyət qəlizləşəndə Mustafa atası Usay, əmisi Udey, mühafizəçiləri Əbdül Səmədlə şeyx Nəffaf Zeydanın villasında gizlənmişdilər. Lakin düşmənlər onların harada olması baradə artıq xəbərdar idilər. Şeyxin villasını 400-dək ABŞ xüsusi təyinatlısı mühasirəyə aldı. Qeyri bərabər döyüş başladı. Qızğın atışma gedirdi. Mustafanın atası, əmisi, mühafizəçiləri artıq ölmüşdü. Atasının,əmisinin dəlik-deşik edilmiş cəsədlərinə baxıb ağlayacaq halı yox idi. Mustafa sonuncu sağ qalan idi, tüfəngi götürüb atəş açmağa başladı.

Amerikalıların xəbəri yox idi ki, içəridə yeganə sağ qalan və atəşlə onları göz açmağa qoymayan 14 yaşlı yeniyetmədir . Güllə yağış kimi yağırdı. Buna baxmayaraq Mustafa düz 6 sat atışdı. 14 xüsusi təyinatlını məhv etdi. Ölənə kimi döyüşdü. Villaya daxil olan xüsusi təyinatlılar gözlərinə inana bilmirdilər. Son 6 saatı onlar faktiki olaraq uşağa qarşı döyüşmüşdülər.

“New York Times” qəzetində Mustafa Səddam Hüseynə həsr olunmuş məqalədə müəllif prezident nəvəsinə heyranlığını gizlətməyərək yazırdı : ” Bizdə belə bir şey olsa idi, o oğlan üçün hər şəhərimizdə abidə ucaldardıq. Onun mərdliyi, igidliyi haqda hər yerdə danışardıq, gələcək nəsillər üçün bir nümunə olardı.”

İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir