Top.Mail.Ru
MANŞET

Əhməd Vəliyevin ailə biznesi üçün BÖYÜK TƏHLÜKƏ – “Muğan Bank”dan sonra ailə universiteti də bağlanır

Azərbaycan Mərkəzi Bankının (AMB) dünən qəbul etdiyi qərara əsasən “Muğan Bank” ASC müflis elan olunub. AMB-nin açıqladığı məlumatda qeyd edilir ki, “Muğan Bank” məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilən minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə bağlanıb.

 

Saytların yığılması Saytların yığılması

AMB-nin qərarını daha anlaşılan şəkildə ifadə etsək, “Muğan Bank” artıq iflas ərəfəsində olub, bankda idarəetmə düzgün təşkil edilməyib, gəlirlilik aşağı düşüb, bankın özünə aid olan vəsaiti isə yetərli olmayıb. Əgər bank bu vəziyyətdə bir qədər də fəaliyyət göstərsəydi o, tam iflas olacaqdı və  “Muğan Bank” bank sektoru üçün “zərərli maddə”yə çevriləcəkdi. Bu baxımdan bankın vaxtında bağlanması, kənar inzibatçının təyin edilməsi əhəmiyyətlidir.

Sfera.az bildirir ki, “Muğan Bank”ın düşdüyü vəziyyət əslində onun sahibinin hansı durumda olduğunu da göstərir. Adıçəkilən bank Odlar Yurdu Universitetinin sahibi, keçmiş millət vəkili Əhməd Vəliyevə məxsus olub. Ə.Vəliyev bankı 1992-ci ildə, Odlar Yurdu Universitetini isə 1996-cı ildə yaradıb.

 

2023-cü ilin iyun ayına qədər bankın səhmdarları Ə.Vəliyevin kürəkəni Elmir Mehdiyev (67,75 faiz), qudası Fəridə Mehdiyeva (21,6 faiz) və qızı Vəfa Vəliyeva (10,65 faiz) olub. Qeyd edilən tarixdə bankın səhmdarları dəyişib və Ə.Vəliyevin iki oğlu əsas səhmdarlara çevrilib. Belə ki, Samir Vəliyev və Munir Vəliyevin hər biri bankda 40 faizlik paya yiyələnib. Kürəkən E.Mehdiyevin payı 0,78 faizə, V.Vəliyevamın payı 8,3 faizə, F. Mehdiyevanın payı isə 10,9 faizə düşüb.

 

Bu dəyişiklikdən sonra bankın yeni sahibləri Ə.Vəliyevin oğlanları olub. Ə.Vəliyevin oğlanları S.Vəliyev (böyük oğlu) Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, M.Vəliyev isə həmin universitetinin prorektorudur.

2023-cü ildə bankın formal sahiblərinin dəyişdirilməsi ondan xəbər verir ki, bankda maliyyə vəziyyəti yaxşı olmayıb, maliyyə vəsaitlərinin idarə edilməsi zamanı ciddi səhvlərə yol verilib. Belə olmasaydı, bütün bank sektoru 2023-cü ildə yüksək gəlir əldə etdiyi halda “Muğan Bank” zərərə uğramazdı.

 

 

 

“Muğan Bank”da yaranmış maliyyə vəziyyətindən isə belə anlaşılır ki, Vəliyevlərin maddi vəziyyəti yaxşı deyil və bu hal onların sahib olduğu bütün qurumlara sirayət edəcək.

 

Ə.Vəliyevin kassasının bağlanması, müflis olması Azərbaycanın ən böyük özəl ali təhsil müəssisələrindən biri olan Odlar Yurdu Universitetindəki maliyyə vəziyyətini də əks etdirir. Bu iniversitet yaradıldığı ilk illərlə müqayisədə son illərdə qəbul olan tələbələrin sayının azlığından əziyyət çəkir. 2000-ci illərin əvvəllərində universitetə həm çox tələbə qəbulu olurdu, həm də təhsil haqları yüksək idi. Son illərdə isə mənzərə dəyişib, həm tələbə azdır, həm də təhsil haqqı aşağıdır. İndi tələbə adını qazanmaq istəyənlərdə Odlar Yurdu Universitetinə əvvəlki maraq yoxdur.

 

“Muğan Bank” və Odlar Yurdu Universiteti uzun müddət bir-birinə iqtisadi dəstək verən iki qurum olub. Odur ki, onlardan birinin bağlanması digərinin çətin günlərinin sayını artıracaq. Bundan sonra Ə.Vəliyevin Odlar Yurdu Universitetini ayaqda saxlaması da çətin olacaq.

 

Bənzər yazılar

Bunu da oxu
Close