Top.Mail.Ru
MANŞET

Ərdoğandan ŞOK ANONS: “Savaşa hazır ol!”

“Əgər sülh və əmin-amanlıq istəyirsənsə, savaşa hazır ol. Türkiyə və Türk milləti olaraq bu torpaqlarda sülh içində yaşamaq istəyiriksə, görəcəyimiz iş bəllidir: Havada, quruda və dənizdə güclü ordumuz və müdafiə sənayemiz olmalıdır”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakaryada təşkil edilmiş mitinqində vətəndaşlara müraciəti zamanı deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Türkiyəni düşmənlərindən qoruyan yeganə şey ölkənin öz gücü və öz imkanlarıdır:

“Yoxsa bu coğrafiyada nəfəs almağa belə imkan verməzlər. Bu həqiqəti yaxın ətrafımızdakı misallarla ağrılı şəkildə görürük. Suriyada bir milyon insan vəhşicəsinə qətlə yetirilib, 12 milyona yaxın insan köç etmək məcburiyyətində qalıb və heç kim bu zülmün qarşısını almaq üçün addım atmayıb. Qəzzada 30 min günahsız fələstinli qətl edilib, 70 mindən çox dinc sakin yaralanıb. İsrailin vəhşiliyinin qarşısını almaq üçün heç bir faydalı səy göstərilməyib. İsrailə dərhal atəşkəs çağırışı belə yoxdur. Qərb dövlətləri işğalçı İsrail ordusuna hər cür silah dəstəyi verməkdə davam edir. Allah eləməsin, sabah başımıza bir bəla gəlsəydi, qarşılaşacağımız vəziyyət bundan fərqli olmazdı”.

Bənzər yazılar