Top.Mail.Ru
MANŞET

Ermənistan üçün gerisayım BAŞLADI – Ya sülh, ya müharibə OLACAQ

Amerikanın nüfuzlu “Stratfor” şirkəti Ermənistan – Azərbaycan münasibətlərilə bağlı növbəti proqnozunu açıqlayıb. Şirkətə görə tərəflər bu il sülh sazişinin əldə olunmasında inkişaf əldə edə bilərlər. Amma yeni toqquşmalar və müharibə riski hələ də qalır. Analitik mərkəz proqnozlaşdırır ki, İrəvan qərblə dərinləşən əlaqələrindən istifadə edərək Rəsmi Bakının sərt tələblərinə müqavimət göstərəcək. Lakin məlumatda bunun iş yarama ehtimalının az olduğu bildirilir.

“Stratfor”a görə İlham Əliyev fevralın 7-də keçiriləcək seçkilərdə qalib gələcəyi halda danışıqlarda irəliləyişlər əldə etmək üçün Ermənistan sərhədində hərbi potensialını artıracaq. Bununla belə mərkəz, ilk 6 ayın kritik olduğunu və sülh əldə olunmayacağı təqdirdə Ermənistanın cənubunda Azərbaycanın müharibə başlada biləcəyini iddia edir. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da deyib ki, Naxçıvana dəhliz verilməyəcəyi təqdirdə Ermənistanla sərhəd açılmayacaq.

Saytların yığılması Saytların yığılması

Bu Zəngəzur dəhlizi ilə bağlı müharibə ehtimalına istisna edir. Rəsmi İrəvan isə Naxçıvana yol verməyə hazır olduğunu, lakin bunun dəhliz məntiqi ilə edilməməsi gərəkdiyini bildirir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Referans.az-a açıqlamasında bildirib ki, Ermənistanın hərbi, siyasi rəhbərliyinin məsələni uzatması, qeyri-rasional siyasətdir:

“Ümumiyyətlə, sülh müqaviləsi 2023-cü ildə imzalanmalı idi, lakin 2024-cü ilə qədər yubandı. Burada bir neçə faktorlar var. Müqavilənin uzanmasının birinci səbəbi Ermənistanın siyasilərinə görədir. Ermənistan yaranandan bu günə qədər müstəqil siyasət yeridə bilmir deyə indi də bir neçə tərəfdən Qərb, ABŞ və Avropanın təkidi ilə hər hansı bir siyasət həyata keçirəməyə çalışır. Digər tərəfdən Azərbaycan qətiyyətlidir və sülh müqaviləsinin imzalanamasına mane olmağa çalışan və ya hər hansı bir təzyiq gəstərməyə çalışan faktorları çox ustalıqla uzaqlaşdırır”.

Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Paşinyanın siyasi qətiyyəti çox vacibdir, amma Ermənistanın həm daxili, həm də xarici siyasətinə baxsaq, qeyri-stabillik və Paşinyanın sülhdən danışsa da, imzalanmaması üçün hər şeyi etdiyi açıq-aydın görünür. Onun sözlərinə görə, Paşinyan Rusiyanın hazırda gedən Ukrayna ilə müharibəsində düşdüyü çətinliyi və ola bilsin, Rusiyanın məğlub olmasına və ya hansısa bir siyasi vəziyyətin yaranmasına ümid edir.

“Bundan əlavə Ermənistanın regiona digər güclərin də cəlb olunması və onları burada toqquşdurmaq planı ola bilər. Amma bu barədə cənab Prezident də dedi ki, bura digərlərinin daxil olmasına icazə verilməyəcək. Ən doğru və düzgün yanaşma iki dövlətin özünün bu  məsələni həll etməsidir. Düşünürük ki, 2024-cü il sülh gündəliyinin irəliləməsi və sonda sülh müqaviləsinin imzalanması üçün fürsətlər var. Ermənistan bunu qaçırarsa, hazırda olduğu vəziyyətdən çıxa bilməyəcək. Azərbaycan isə hərtərəfli inkişafındadır, işğaldan azad etdiyi ərazilərində sürətlə quruculuq işləri aparır. İqtisadi inkişafını təmin etdirir və ordu quruculuğuna yüksək önəm verir”.

Vüqar İskəndərov həmçinin deyib ki, sülh müqaviləsinin imzalanması Azərbaycandan çox Ermənistan üçün lazımdır. 2024-cü il qarşıdakı zamanda əgər Ermənistan real nəticəyə gəlmək istəyirsə, rasional siyasət həyata keçirməli və Azərbaycanla bu məsələni həll etməlidir. Onun sözlərinə görə, digər bir məsələ olan sərhədlərin delimitasiya və demarkasiya olunması uzun müddət tələb etdiyi üçün artıq o da zamanla həll olunacaq bir məsələdir: “İndiki situasiyaya baxsaq, hələlik Ermənistandan konkret əməli addımlar yoxdur. Sülhdən danışsa da, hələ də sənədlərdə Qarabağla bağlı nələrəsə rast gəlinir, hələ də Paşinyan öz siyasətində anlaşılmazlıq edir. Bütün bunlar həllini tapmalıdır. Paşinyan torpaq iddiasından əl götürdüyünü sözdə yox, rəsmi sənədlərdə sübut etməlidir”.

Bənzər yazılar