Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! İctimai nəqliyyatda gediş haqqı ARTDI-NARAZILIQ

Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb.

Kaim.az xəbər verir ki, Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb.

Saytların yığılması Saytların yığılması

Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən Baku TV-yə bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir:

“Süni qiymət artımına yol verən sürücü və sahibkarlar barəsində protokollar tərtib edilib. Artıq şöbəyə Ağdaş rayon ərazisində sürücü və sahibkarlar tərəfindən süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Ağdaş rayonunda reydlər keçirilib. Qanunsuz gediş haqqını qaldıran sürücülər barəsində protokollar yazılıb”.

BAKU.WS

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir