Top.Mail.Ru
MANŞET

İrəvan erməniləri ilə qarabağlı ermənilər arasında uçurum dərinləşir :”YALTAQ VƏ HƏYASIZ TAYFASINIZ”

Xankəndindəki ermənilərin rus sülhməramlılarına tort verməsi və isti qarşlaması İrəvandakı erməniləri qəzəbləndirib.

Sosial şəbəkədə “Artsax”dan olanları söyüb təhqir edən ermənilərin videoları kifayət qədərdir. Onlardan biri deyir:

Saytların yığılması Saytların yığılması

“Rusları tortla qarşıladız. Sizi illərlə qoruyan, himayə edən, yedirdən Ermənistana qarşı belə olmadız. Yaltaqsınız. Bir dəfə erməni əskərinə tort verdinizmi? Yox. əksinə həmişə şikayət etdiniz ay alçaqlar.

Lap aydın deyəcəm. Şuşa həbsxanasında əskərlərimizə daha çox əzab , işgəncə verirdilər,nəinki Azərbaycana əsir düşən ermənilərə”.

Diğər tərəfdən müharibə başlananda Dağlıq Qarabağdan qaçan ermənilərə öz evlərində yer verənlər artıq peşman olublar. Və polis gücünə öz dedikləri kimi bu “həyasız tayfanı” öz evlərindən qovurlar.

Kaim.az  “7or.am” portalına istinadən xəbər verir ki,bu hal qarabağlı erməni Derenik Malxasyanı narahat edib.

O “facebokda”kı səhifəsində yazır:

“Bizə (qarabağlılara) qarşı sifarişin hardan gəldiyi məlumdur. Tanış situasiyadır. Biabırçı məğlubiyyəti pərdələmək, haqq qazandırmaq üçün edirlər.

Yəni sətiraltı mesaj budur ki, “Artsax” camaatı yaxşılıq qanan deyil. Yaxşı ki, onlardan qurtulduq.

Bu alçaq təbliğatdı. Bunu edənlər cəzalanmalıdır.”

İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir