Top.Mail.Ru
MANŞET

Lənkəran, Astara və Masallı rayonlarında həyat iflic oldu – qar səbəbi ilə əhali işıqsız qaldı

Cənub bölgəsinin rayonları işıqsız qalıb.

KAİM.az Report-a istinadla xəbər verir ki, Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Saytların yığılması Saytların yığılması

Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.

Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.

Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb.

Qar səbəbi ilə burayonlarda digər probiləmlerin dəyarandığı deyilir.

Bənzər yazılar