Top.Mail.Ru
MANŞET

Manaf Ağayev deputatlığa namizəd olur – Müğənninin Qubad İbadoğlunun qardaşı Vüqar Bayramovla MANDAT SAVAŞI

Müğənni Manaf Ağayevin bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilib. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.

Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.

Saytların yığılması Saytların yığılması

Müğənninin deputat olmaq sevdası, xüsusən də Vüqar Bayramova rəqib olması iddiası mətbuatda səs- küy yaradıb.

Referans.az məsələ ilə bağlı müğənni Manaf Ağayevin öz fikrini öyrənmək istəyib. Telefona toylar kralının köməkçisi cavab verərək, yayılan xəbəri təkzib edib. Manaf Ağayevin hazırda toyda olduğunu və deputat olması ilə bağlı xəbərlərin yalnış olduğunu bildirib.

KAİM.az xatırladır ki, Füzuli rayonundan deputatlığa yenidən namizədliyini irəli sürəcəyi deyilən Vüqar Bayramov, DRH-nın sədri Qubad İbadoğlunun qardaşıdır. Qubad İbadoğlun 23 iyul 2023 – cü ildə Cinayət məcəlləsinin 204.3.1 maddəsi ilə təqsirli bilinərək saxlanılıb. 22 aprel 2024-ci il tarixində isə ev dustaqlığına buraxılıb.

Bənzər yazılar