Top.Mail.Ru
MANŞET

Müdafiə Sənayesi Nazirliyinin zavodunda qəfil PARTLAYIŞ /YARALILAR VAR – YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.

KAİM.az xəbər verir ki, Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elçin Babayev “sol əlin kəsilmiş yarası”, 2001-ci il təvəllüdlü İsmayıl Muradov “alın kəsiyinin çapıq yarası”, 1999-cu il təvəllüdlü Məhəmməd İmanov isə “qulaqda küy” diaqnozu ilə xəstəxanaya qəbul ediliblər. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Saytların yığılması Saytların yığılması

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.

*

16:20**

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

Hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.

Bənzər yazılar