Top.Mail.Ru
MANŞET

QƏRARGAH: Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?

Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlarla müşahidə edilən qarşıdurma diqqət çəkən məqamlar üzə çıxarıb. 

Bir-birlərini satqınlıqda, hakimiyyətə işləməkdə ittiham edən bu iki şəxs bilərəkdən və ya bilməyərəkdən şübhəli iz buraxıblar.

Saytların yığılması Saytların yığılması

Belə məlum olur ki, hakimiyyət daxilində yenidən hansısa qrup peyda olub və bu qrup vaxtilə Ramiz Mehdiyev-Eldar Mahmudov çəkişməsinə bənzər bir şəkildə mübarizəyə başlayıblar.

Yəni, media müstəvisində öz haqq-hesablarını çürütməyə girişiblər. Sirr deyil ki, vaxtilə adıçəkilən bu konfliktli tərəflər ölkə daxilində medianın bir hissəsini məhz öz çirkin oyunlarına alət etmişdilər. İndi isə vəziyyət dəyişib.

Etiraf etmək lazımdır ki, ölkədəki media əvvəlki media deyil, kimlərinsə daxildəki mətbuatdan illər öncəki kimi öz iyrənc məqsədləri üçün yararlanmaq imkanları xeyli dərəcədə məhdudlaşıb.

Hakimiyyət daxilində  ixtilafa başlayan qrup bəlkə də bu səbəbdən xaricdəki söyüş müxalifətinə üz tutmaq yolunu seçib.  Hər halda Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı dartışmanın üzə çıxardığı reallıq belə deməyə əsas verir.

Məlum olur ki, hakimiyyətin ən yüksək eşalonlarında təmsil olunan əksər məmurlar haqqında söyüş müxalifətinə və onun ən mənfur nümayəndələrindən biri olan Tural Sadıqlıya şər-böhtan xarakterli məlumatlar ötürən elə hakimiyyətin daxilindəki şəxs və ya şəxslərdir.

Xaricdəki blogeri, söyüş müxalifətini maliyyələşdirməyə qədər alçalanlar heç də məhdud imkanlara malik zəif məmurlar deyillər. Şübhə yoxdur ki, bu şəxslər hakimiyyətin üst səviyyələrində təmsil olunur və tutduqları mövqe, sahib olduqları var-dövlət onların bundan əvvəl baş verənlərdən dərs almamağa qədər gözlərini kor edib, başqa sözlə, azğınlaşdırıb.

Hakimiyyətdən dolanıb, onun imkanlarından bəhrələnib, yüksək kürsüdə əyləşib  milyonlar qazanan məmur-oliqarx hakimiyyət komandasının ən nüfuzlu simalarını hədəfə gətirirsə, oturduğu budağı kəsmək üçün eyni komandada təmsil olunduğu məmurları gözdən salmağa belə girişirsə, bunun adı ən yaxşı halda nankorluq, ən pis halda xəyanətdir.

Hakimiyyət komandasında yüksək mövqe tutub xaricdəki söyüş müxalifəti ilə işləyən məmur və ya qrup hər kimdirsə, ən çirkin siyasi oyunlara qoşulub. Bu şəxslər xaricdəki söyüş müxalifətini maliyyələşdirməklə təkcə onun yaşamasına vəsilə olmur, həm də öz niyyətlərini addım-addım gerçəkləşdirmək istəyirlər.

Qısası, məmurlar haqqında sifarişli materialllar verməklə hakimiyyətin əsaslarını laxlatmağa cəhd edirlər.

İqtidar daxilində cücərən, xaricdəki söyüş müxalifətinə maliyyə ayıranlar kimlərdir? Ehtimal etmək olar ki, bu gün Əfqan Muxtarlı Sadıqlıdan “Tural, Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?” -sualını ünvanlamağa başlayıbsa, tezliklə həmin məmurun adını da açıqlaya bilər.

Amma heç kəs düşünməsin ki, bu baş verənlərə hakimiyyət laqeyd qalacaq.

Həmin şəxslərin ifşa olunacağı gün uzaq deyil. Onsuz da nə vaxtdır cəmiyyətdə xaricdəki dəstənin hakimiyyət daxilindən maliyyələşməsi barədə fikirlər dolaşır. Bu gün həmin fikirlərin bihudə olmadığını görməkdəyik.

Söyüş müxalifəti açıq şəkildə bir-birini hakimiyyətlə iş birliyində olmaqda ittiham edir və bu ittihamın tonu ciddi əsaslar, şübhələr yaradır. Belə olan halda oturub hakimiyyətdəki hansısa azğınlaşmış məmurun daha da irəli getməsini, harınlıqdan siyasi oyunlara yuvarlanmasını sadəcə sezmək qəbuledilməzdir.  Bu yaranı ya müalicə etməlisən, ya da kəsib biryolluq atmalısan ki, ağırlaşıb fəsad törətməsin!

Mənbə Konkret.az

https://konkret.az/qerargah-ramiz-mehdiyev-eli-hesenov-ser-yuvasini-berpa-eden-memur-kimdir/

Bənzər yazılar