Top.Mail.Ru
MANŞET

Rusiya ilə sərhədyanı rayonlarda polis postları quruldu – XÜSUSİ ƏMƏLİYYAT – VİDEO

Azərbaycanla Rusiyanın sərhədində “Sərhəd-Sipər” şərti adlı birgə kompleks əməliyyat-axtarış tədbirləri keçirilir.

KAİM.az-ın RTV-yə istinadən məlumatına görə, bir həftə davam edəcək əməliyyat həm də profilaktik xarakter daşıyır.

Saytların yığılması Saytların yığılması

Əsas məqsəd sərhədyanı əməkdaşlıq sahəsindəki qərarların icrası, transmilli mütəşəkkil dəstələr və terrorçu qrupların üzvlərinin zərərsizləşdirilməsi, eləcə də silah-sursat, partlayıcı, narkotik vasitələrin keçirilməsi və digər hüquqazidd əməllərin qarşısının alınması, qeyri-leqal maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilməsidir.

Qeyd edək ki, bu kimi tədbirlər insan hüquq və azadlıqları və milli maraqların qorunması, habelə qanunçuluğa ciddi riayət olunması məqsədilə mütəmadi olaraq icra olunur.

Bənzər yazılar