Top.Mail.Ru
MANŞET

Sərhədimizdə GƏRGİNLİK başladı: ermənilər AKSİYA KEÇİRİR, yol bağlandı, küçəyə töküldülər – VİDEO

Basarkeçər şəhərinin və Qeqarkunik rayonunun qonşu kəndlərinin sakinləri fevralın 12-də səhər saatlarında şəhərə gedən əsas yolu bağlayıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, onlar bununla pasport şöbəsinin fəaliyyətinə dəstək aksiyası təşkil ediblər.

Saytların yığılması Saytların yığılması

“Fakt budur ki, hakimiyyət Vardenis Pasport və Viza Departamentinin ofisini bağlamaq qərarına gəlib və bununla da sərhəd sakinlərinin normal həyatını çətinləşdirib. Aksiyada Vardenis şəhərinin meri Aharon Xaçatryan da iştirak edir. Daha sonra aksiya dayandırılıb və yol açılıb. Xaçatryan qubernatoru gözlədiklərini deyib”,-məlumatda bildirilir. Erməni mediasının yazdığına görə, Basarkeçərdə yerləşən qurumların nümayəndələri uzun müddətdir ki, pasport ofisinə dəstək üçün imza toplayırlar. Çoxlu sayda imza toplanıb. İmzaları qubernatorluğa təqdim etməyə hazırlaşırlar və onları qane edəcək cavab gözləyirlər.

Bundan öncə xəbər yayılmışdı ki, Qeqarkunik rayonunun Vardenis və Çəmbərək icmalarının pasport xidmətləri bağlanmağa hazırlaşır. Geqarkunik rayonunun bütün pasport xidmətlərinin Martuni icmasının pasport xidmətinə qoşulması planlaşdırılır. Miqrasiya və Vətəndaşlıq Xidməti miqrasiya sahəsində dərin islahatlara başlanıldığına aydınlıq gətirib.

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Vardenis (Basakeçər – red.) bölgəsində etiraz aksiyası keçirilir. Sakinlər ərazidə dövlət strukturlarının və pasport məntəqələrinin bağlanmasına etiraz edirlər. Hazırda əraziyə qonşu kəndlərdən də insanların gəldiyi və şəhərə gedən yolun bağlandığı bildirilir.

Məlumata görə, Vardenis şəhərinin meri Aharon Xaçatryan da aksiyaçılarla birlikdə etirazlara qoşulub. Qeyd edək ki, bir müddətdir Azərbaycanla sərhəddə yerləşən ərazilərdə dövlət strukturlarının bağlandığı, bölgənin boşaldığı deyilir.

Eyni zamanda Rusiya sülhməramlıları ilə bağlı verilən son açıqlamalar, ardınca Azərbaycan və Rusiya tərəfiin sülhməramlı mövzusunda keçirəcəyi toplantının anonsu da düşünməyə vadar edir. Rusiya nəyə hazırlaşır? Proseslər hara doğru gedir?

Bənzər yazılar