Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! Sərhəddə gərginlik ARTDI: Vəziyyət dəyişir – Azərbaycan öz qoşunlarını…

İyunun 23-ü axşam saatlarında Dərbənddə terrorçular pravoslav kilsəsinə hücum ediblər. Kilsənin başçısı 66 yaşlı Nikolay Kotelnikov və mühafizəçi ölüb. Cinayətkarlar sinaqoqa da hücum ediblər və nəticədə sinaqoq yanıb.

Respublika Müftiliyi ölənlərin ümumi sayının 9 nəfər olduğunu, onlardan yeddisinin hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu qeyd edib. 25 nəfərin yaralandığı, 16 nəfərin isə Mahaçqaladakı xəstəxanalara yerləşdirildiyini bildirib. Dərbənddə polis idarəsinin rəisi də həlak olub.

Saytların yığılması Saytların yığılması

Dərbənddə baş verən hücumla eyni vaxtda bir qrup terrorçu yol polisi postuna hücum edib. İnternetdə yayılan görüntülərdə polis avtomobilini ələ keçirən bir neçə cinayətkarın avtomat silahdan atəş açdığı göstərilir. Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları dörd hücumçunun məhv edilməsi barədə məlumat vermişdilər.

Belə bir anda Azərbaycanın şimal sərhədlərində də təhlükəli vəziyyət yaranıb. Düzdür, Dağəstanda baş verən hadisələrin bizə heç bir zərəli olmasa da, hər halda ölkə təhklükəsizliyi hər şeydən önəmlidir. Bəs Azərbaycan şimal sərhədlərinin təhlükəsizliyi üçün ərazidə təhlükəsilik tədbirlərini artıra bilər?

Məsələ ilə News24.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Dağıstanda baş vermis hadisə Qərbin Rusiyanı daxildən parçalamasına yönəlib:

“Hazırda Rusiya və Azərbaycan münasibətlərində qarşılıqlı etimad var. Bakı ilə Moskva arasındakı dialoq müntəzəm davam etdirilir. Hər hansı bir gözlənilməz hadisə baş verdikdə dövlət rəsmiləri məsələni müzakirə edib ümumi qərar verirlər. Bu bəlli bir məsələdir ki, Qərb Qafqazda gərginlik ocaqlarını yaratmaqda israrlı idi. Birinci və ikinci Çeçen mühariblərində də biz bunu şahidi olduq. Qərb silah və canlı qüvvə tədarükü edirdi, hansı ki burda vəziyyətin daha da alovlanması üçün. Əslində əraziyə partlamamış minalar 90-ci illərdən yerləşdirilib. Qərb, ümumiyyətlə, Rusiyanın parçalanması prosesində Qafqaz bölgəsinə xüsusi önəm verir. Çünki orda millətlər çoxdur, dini zəmində, məzhəb zəmnində və millətlər zəmnində ziddiyətlər çoxdur”.

Politoloq qeyd edib ki, Rusiyanın rəsmi dövlət orqanlarında oturanlar arasında da Qərbin adamları var. Onun sözlərinə görə, Kremil Qərbpərəstlərin əl-ayağını yığışdırmaq istəyirsə, ilk növbədə öz komandasını təmizləməlidir:

“Əlbəttə ki! Rusiyanın özündə Qərbin qarşısında təzim edənlər var. Əvvəl-axır onlar öz mənfur fəaliyyətlərini göstərməlidirlər və göstərirlər də. Dağıstanın diqqət mərkəzinə salınmasının səbəbi isə millətlər arasındakı ayrı seçkilikdir. Bu prosesdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin üzərinə çox yük düşür. Daxili qüvvələrin bu prosesdə əli var. Ancaq dövlət təhlükəsizlik sistemində bunlara yol vermək olmaz. Rusiya qoşun yeritsə də, yeritməsə də sabitliyi və təhlükəsizliyi qorumaq lazımdır”.

Tofiq Abbasov əlavə edib ki, Azərbaycanın da maraqlarındadır ki, öz şimal sərhədlərində təhlükəsizlik olsun. Nahaq yerə Azərbaycan öz sərhədlərini möhkəmlətmir. Biz bilirik ki, dünyada transmilli şirkətlərin qulluğunda duran bəzi bəzi radikal qruplar az deyil.

Bənzər yazılar