Top.Mail.Ru
MANŞET

Saleh Məmmədov çox sayda bu villalarını hansı vəsaitlə inşa etdirib?- SİYAHI/FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun təkcə ölkə ərazisində 20-dən çox villası var…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, ölkənin son dönəm oliqarx siyahısında önəmli yer tutan Saleh Məmədovun ölkə daxilində -dən çox villası var.

Saytların yığılması Saytların yığılması

Poliqon-a daxil olan siyahıda göstərilir ki, bu villaların hər birinin qiyməti 2 milyon manatdan yuxarıdır. Bəzi villaların qiymətləri isə 10-15 milyon dollar arasında dəyişir.

Poliqon Saleh Məmmədovun iddia olunan villarının siyahısını təqdim edir:

1. Qax rayonunda İlisu kəndində 1 villa;
2. Mingəşevirdə 1 villa;
3. Hackənddə 1 villa;
4. Tərtərdə 2 villa;
5. Lənkəranda 1 villa;
6. Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində 2 villa;
7. Qubanın Qəçrəş kəndində 1 villa;
8. Qubada 2 villa;
9. Bakının Fatmeyi kəndində 1 hektar torpaq sahəsinin içində 3 villa;
10. İsmayıllı rayonunun Zərgəran kəndində 2 villa;
11. Şamaxıda 2 villa;
12. Maştağada 4 hektar ərazidə 1 villa;
13. Bakını Novxanı kəndində 2 villa;
14. Mərdəkanda 1 villa;
15. Nabranda 1 villa.

Bundan başqa redaksiyamıza daxil olan siyahıda Saleh Məmmədovun İstanbulda boğazda və Bodrumda şahanə villalrının olduğu bildirilir.

Qeyd edək ki, bu iddilarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova sorğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftə keçməsinə baxmayaraq cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Saleh Məmmədov villaları hansı vəsaitlə inşa etdirib?

Bənzər yazılar