Top.Mail.Ru
MANŞET

Şirkətlərə, restoran və istirahət mərkəzlərinə sahib Rövnəq Abdullayevin oğlu Dubayda da bir bahalı otel aldı?

SOCAR Trading-in sabiq icraçı direktoru Adnan Əhmədzadənin Dubayda təşkil etdiyi və “Barselona” klubunun prezidenti Joan Laportanın iştirak etdiyi yeni il tədbirində hazırda İqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev də olub.

Adnan Əhmədzadənin paylaşdığı görüntülərdə 29 yaşlı Rəşad Abdullayevlə yanaşı SOCAR-ın sabiq prezidentinin başqa qohum-əqrabaları da yer alıb.

Saytların yığılması Saytların yığılması

Son illər dəbdəbəli həyatı ilə ölkə mediasınıb gündəmində olan Adnan Əhmədzadənin və İspaniyada 2 milyonluq saatı oğurlanan Rəşad Abdullayevin birdən-birə Dubayda peyda olması ilə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub.

Məlumatlarda bildirilir ki, Rəşad Abdullayev Dubayda qiyməti on milyon dollardan baha olan daşınmaz əmlaklara sahiblənmək istəyir. Rəşad Abdullayevin bu sırada ilk almaq istədiyi isə bahalı otellərdən biridir.Türkiyə və Avropanın bir-çox ölkələrində milyonluq daşınmaz əmlaka sahib olan Rəşad Abdullayevin oğurlanmış neft kapitalını Birləşmiş Ərəb Əmirliyinə yönəltməsi biznesini gözləyən təhlükə ilə bağlıdır. Belə ki, Avropa ölkələrinin çirkli pullara qarşı mübarizəsi Abdullayev ailəsini sərvətinin bir hissəsinin ərəb ölkələrinə yönəldilməsinə səbəb olub.

Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihələrində Rövnəq Abdullayevin oğlu dövlətin vəsaitindən öz şəxsi pulu kimi istifadə edərək, çoxsaylı şirkətlərə, restoran, istirahət mərkəzi və s. əmlaklara sahib olmasından bəhs edilir…

Bənzər yazılar