Top.Mail.Ru
bannerMANŞET

SON DƏQİQƏ!Azərbaycan Ordusu Kəlbəcərə girdi – Türkiyə KİV-ləri həmin anlar belə trajladı

Azərbaycan tərəfi işğal altıdakı rayonlara daxil olmağa start verib.
KAIM.az xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı məlumatlara görə, dünəndən etibarən Azərbaycan Ordusu Göygöl və Daşkəsən rayonları istiqamətindən Kəlbəcərə daxil olmağa başlayıb.
Bildirilir ki, Azərbaycan tərəfi həmçinin ermənilərin ərazini boşaltması prosesini müasir texnoloji avadanlıqlar, kosmik peyk və PUA-larla izləyir.
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağa dair imzaladıqları bəyanata əsasən erməni tərəfi dekabrın 1-nə kimi Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini boşaltmalıdır. Noyabrın 15-də Kəlbəcəri Azərbaycana qaytarmalı olan erməni tərəfi daha 10 gün vaxt istəyib. Rəsmi Bakı isə həmin xahişi nəzərə alaraq, Kəlbəcər rayonunun noyabrın 25-nə kimi boşaldılmasına icazə verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir