Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ:Türkiyə düşmənləri hərəkətə keçdi – Ərdoğana qarşı təxribat?

Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Engin Yıldırım Tivviter hesabından məhkəmə binasının şəkilini paylaşaraq? “Işıqlar yanır” sözünü yazıb. E.Yıldırımın bu tiviti Türkiyədə kəskin tənqid olunub. Tənqid edənlər bunu “çevriliş” mesajı kimi dəyərləndiriblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politooq Əhəd Məmmədli Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanı devirmək niyyətində olan qrupların olduğunu bildirib:

Saytların yığılması Saytların yığılması

“Türkiyə dünyada və regionda güclənir, bu məqamda düşmənlər daxildəki xainlərin vasitəsi ilə hərəkətə keçib. Həmçinin, ordunun içində, siyasi elitada, biznes və dövlət qrumlarındakı bəzi şəxslər var ki, AKP iqtidarına qarşı sərt mövqe sərgiləyir. Onlar zaman-zaman ölkə daxilində qarşıqlıq yaratmağa, müəyyən mənada çevriliş etməyə cəhd edirlər. Amma Türkiyə Milli Kəşfiyat İdarəsi daim belə qüvvələrə qarşı mübarizə aparır. Bu baxımdan düşünmürəm ki, həmin qüvvələr Türkiyəyə qarşı hər hansı təxribat həyata keçirə bilsin”.

Politoloq ABŞ prezidentliyinə namizəd Cozef Baydenin Ərdoğanla bağlı açıqlamalarına da münasibət bildirib:

“Baydenin açıqlamasının daha çox daxili publikaya yönəlmiş olduğunu hesab edirəm. Çünki seçki qabağı namizədlər bir çox hallarda belə pafoslu çıxışlar edirlər. Amma düşünürəm ki, əgər Bayden ABŞ prezidenti olarsa, o, siyasi maraqlar baxımında Ərdoğana qarşı yox, daha çox ona yaxınlaşmaq siyasəti aparacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir