Top.Mail.Ru
MANŞET

TƏCİLİ! İranla müharibə BAŞLAYIR – Vaxt AÇIQLANDI

İsrail ordusunun aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu vurmasından sonra bölgədə gərginlik getdikcə artır.

KAİM.az xəbər verir ki, Britaniyanın “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla İranın hücuma cavab verməsinin gözlənildiyini yazıb.

Saytların yığılması Saytların yığılması

Agentliyin məlumatına görə, regiondakı ABŞ hərbi qüvvələri bu səbəbdən yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Yüksək hazırlıq vəziyyətindəyik”, – ABŞ rəsmisi agentliyə deyib.

ABŞ-nin “NBC News” telekanalı da rəsmi mənbələrə əsaslanaraq, Vaşinqtonun İranın cavab olaraq İsrail daxilindəki hədəfləri vuracağından narahat olduğunu bildirib. Rəsmilər söyləyirlər ki, İsrail daxilində hücumun mülkidən çox hərbi-kəşfiyyat hədəflərinə yönələcəyi gözlənilir. Rəsmilər həmçinin Vaşinqtonun İranın mümkün cavab tədbirinə reaksiyasını nəzərdən keçirməyə başladığını, ABŞ ordusunun regionda yüksək döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıblar.

ABŞ-nin “CNN İnternational” telekanalı da Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla xəbər verib ki, İran İsrailin hücumuna cavab olaraq fəal şəkildə gələn həftə üçün bölgədəki İsrail və ya Amerika obyektlərini hədəfə alacaq “ciddi hücum”a hazırlaşır.

İsrail ordusu aprelin 1-də Dəməşqdəki İran konsulluğuna hava zərbələri endirib. Hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2-si generalı olmaqla, ümumilikdə 13 nəfər ölüb. İran Prezidenti İbrahim Rəisi bundan sonra hücumun cavabsız qalmayacağını iddia edib. Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da Rəisinin bu sözünü təkrarlayıb. //Teleqraf.com

Bənzər yazılar