Top.Mail.Ru
MANŞET

Zəngəzurla bağlı Paşinyanın manipulyasiyasına qarşı Əliyevdən bitirici HƏMLƏ – “Həm dəhliz AÇILIR, həm də…”

Zəngəzur dəhlizi məsələsi Ermənistan və Azərbaycan arasında sülhə əsas maneələrdən biri olaraq qalır.

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Saytların yığılması Saytların yığılması

Onun fikrincə, Zəngəzurdan maneəsiz keçidlə bağlı məsələ bir müddət sülh müqaviləsinin bağlanmasını gecikdirə bilər:

“Ermənistan rəhbərliyi Azərbaycanın şərtini qəbul edərsə, may ayından gec olmayaraq sülh müqaviləsi imzalana bilər. Bakının şərti bəllidir: Zəngəzur dəhlizindən keçid Azərbaycandan Azərbaycana prinsipi ilə sərbəst olmalıdır. Yəni Azərbaycanın qərb rayonlarından Naxçıvana gedən sərnişinlər və daşınan yüklər yoxlanılmamalıdır. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bunu açıq formada bildirdi. Bu, həm də sülhün əsas şərtlərindən biridir. Zəngəzur dəhlizindən maneəsiz giriş-çıxış olmasa, imzalanacaq sülh sazişinin də bir önəmi olmayacaq. Əliyevin təklifi isə ona şərait yaradır ki, həm dəhliz açılır, həm də qalıcı sülh müqaviləsi imzalanır.

Ermənistan rəhbərliyi Azərbaycana qarşı təklifləri ilə sülh prosesini sabotaj edir. Bunlardan biri Zəngəzurda sərhəd və gömrük sisteminin tətbiqi, ikincisi silahlı qüvvələrin “güzgü prinsipi” ilə sərhəddən çəkilməsi ilə bağlıdır. Əlbəttə, bunlar Bakıda qəbul edilməyəcək. Nikol Paşinyan şərtləri yerinə yetirmək əvəzinə şərtlərlə çıxış etdikcə, sülh müqaviləsinin bağlanması vaxt aparacaq. İranla Azərbaycan arasında dəhlizlə bağlı imzalanmış anlaşmanın şərtlərini Zəngəzur məsələsi ilə eyniləşdirməsi cəhdi Paşinyanın manipulyasiyasıdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın sülh prosesini pozması bölgədə maraqları olan qüvvələrə bura müdaxilə etmələrinə zəmin yaradır:

“İrəvan qəsdən – Paris və Vaşinqtondan aldığı təlimatlarla bir qələmlə həll ediləcək problemləri qəlizləşdirməyə, ona “dərin geosiyasi problem” donu geyindirməyə çalışır. İrəvan prosesi bu müstəvidə davam etdirsə, sülh müqaviləsinin imzalanması alınmayacaq. Çünki kənar oyunçu və ya vasitəçi yeni maraq – yeni gərginlik deməkdir. Paşinyan sülh istəsə, Prezident Əliyevin vasitəçisiz danışıqlar təklifini qəbul edəcək, bundan kənar addımlar yalnız gərginliyin artmasına xidmət edəcək. Yaxın günlər və ya həftələrdə İrəvandakıların nə düşündükləri bəlli olacaq”.

Bənzər yazılar