Top.Mail.Ru

MÜSAHİBƏ

18 yaşlı kanadalı tələbə: “Sevinirəm ki, nəhayət, Şuşadayam”

Diaspor Gənclərinin mədəniyyət paytaxtımız Şuşada keçirilən III Yay Düşərgəsində uzaq Kanadanı tələbə Sevda Zeynali təmsil edir.

KAİM.az-ın məlumatına görə, 18 yaşlı Sevda Zeynali bildirib ki, azad Şuşada olduğu üçün ürəyi sevincdən uçur: “Qarabağımızın 20 faiz ərazisi, Şuşa şəhəri işğal ediləndə mən hələ anadan olmamışdım. Amma bu o demək deyildi ki, Vətənimizin torpaqlarının həsrətini çəkmirdim. Çox sevinirəm ki, nəhayət, Şuşadayam”.

O nəzərə çatdırıb ki, doğma dilimizi yaxşı bildiyinə görə valideynlərinə və anası Vüsalə Əhmədovanın rəfiqəsi Nigar Əliyeva ilə birlikdə açdıqları “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinə borcludur: “Əvvəlcə mən məktəbdə şagird olmuşam, sonra isə köməkçi kimi çalışmışam. Bunun sayəsində Azərbaycan dilini mənimsəmişəm. Doğrudur, danışanda hərdən çaşıram, amma, şükür Allaha, Kanadada doğulan və yaşayan bir adam kimi doğma dilimizdə fikirlərimi ifadə etməyi bacarıram”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, gənc soydaşımız vətənpərvərliyi və ədalətli mövqeyi ilə seçilir. Hələ orta məktəbin 10-cu sinfində təhsil alarkən tarix müəllimi ilə “erməni soyqırımı” mövzusunda mübahisə edib. Topladığı faktlar əsasında tarixdə belə soyqırımın olmadığını müəlliminə və sinif yoldaşlarına sübut edib.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button