Top.Mail.Ru

MÜSAHİBƏ

“Cənubi Qafqazdakı bütün dəmiryolu əlaqələrinin tez bir zamanda bərpasını istəyirik” – Rəsmi Tehran

İran Cənubi Qafqazdakı bütün dəmiryolu kommunikasiyalarının tez bir zamanda bərpasına maraq göstərir.

KAİM.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“İranla Azərbaycanın müxtəlif istiqamətlərdə münasibətləri var. Enerji və tranzit sektorları üzrə əməkdaşlığa hər iki dövlət xüsusi diqqət ayırır. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana nəqli barədə müqavilənin imzalanması ilə enerji əməkdaşlığında ilk addım atılıb. Mən Tehran-Bakı münasibətlərinin yüksələn xətlə inkişaf edən yeni mərhələyə keçməsinə çox sevinirəm. Azərbaycan və İran regional təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi, ticarət, enerji, tranzit və digər sektorlarda münasibətlərini daha da gücləndirəcək. Dövlət başçılarımız Türkmənistanın paytaxtı Aşqabadda bir araya gələrək münasibətlərin bütün sferalarda inkişafı istiqamətində öz iradələrini nümayiş etdiriblər”, deyə nazir bildirib.

Loading...

Xarici işlər naziri qeyd edib ki, İran iki ölkə arasında tranzit sektorunda müxtəlif marşrutların istifadəyə verilməsi və körpülərin tikilməsindən əlavə, Cənubi Qafqazdakı bütün dəmiryolu kommunikasiyalarının tez bir zamanda bərpasına maraq göstərir.

“Bütün bunlar həm iki ölkənin, həm regionumuzun, həm də regional təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrin iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığına böyük töhfə verəcək”, – H.Ə.Abdullahian vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button