Top.Mail.Ru

MÜSAHİBƏ

TƏCİLİ! Ermənistan Zəngəzuru bu razılaşma ilə Azərbaycana QAYTARA BİLƏR – ŞOK DETALLAR

Son günlər işğalçı Ermənistanın 30 illik işğal dövründə vurduğu amansız zərərlərə görə, Azərbaycana ödəyəcəyi təzminat məsələsi yenidən gündəmə gəlib. Bir çoxları hesab edir ki, Ermənistanın hazırkı iqtisadi durumu məlum təzminat təzminatı ödəməyə imkan vermir. Bu isə o deməkdir ki, İrəvan Bakıya təzminat ödəməyəcək. Bəziləri isə düşünür ki, bədnam qonşularımız bunun əvəzində tarixi Azərbaycan torpağı Zəngəzuru ölkəmizə geri qaytara bilər.

KAİM.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bildirib ki, işğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın həcmi 550 milyard dollara yaxındır və İrəvan onu ödəməlidir:

– Qabil bəy, sizcə, İrəvan 30 illik işğala görə Bakıya təzminat ödəyəcəkmi?

Loading...
Yazının davamı reklamdan sonra

– Əvvəla onu deyim ki, təzminat məsələsi bir gün gündəmə gəlməli idi. Eyni zamanda, təzminat məsələsi 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı müəyyən çərçivəyə salmağa hesablanıb. Bu, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana nə qədər ziyan dəydiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün çox vacibdir. Ermənilər 30 il ərzində ölkəmizi talan ediblər. İşğal altındakı ərazilərimiz darmadağın olunub. Daşı daş üstündə qalmayıb. Ermənistan bunun müqabilində nələrsə ödəməlidir. Dəymiş ziyanı kompensasiya etməlidir.

– 30 illik işğal dövründə Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi nə qədərdir?

– Azərbaycan iqtisadçılarının hesablamalarına görə, 30 illik işğal dövründə ölkəmizə dəymiş maddi ziyanın həcmi 250 milyard dollardan çoxdur. Mənəvi ziyanın ümumi həcmi isə 300 milyard dollara yaxındır. Bu da təxminən 550 milyard dollar deməkdir. Ermənistanın işğalı dövründə həmin ərazilər başdan-başa yağmalanıb. Maddi və mədəni mədəniyyət abidələrimiz tamamilə məhv edilib. İnsanlarımızın, əcdadlarımızın onilliklər, yüzilliklər boyu qurub-yaratdığı bütün gözəlliklər, sənət əsərləri yer üzündən silinib. Heç ikinci dünya müharibəsi dövründə faşistlər Sovet İttifaqı və digər ölkələri belə barbarcasına, bu cür dağıdıcı təsirə məruz qoymayıblar. Ermənilərin Azərbaycan ərazilərində etdikləri misli görünməmiş vandalizm aktlarıdır. Bu, bəlkə də dünya tarixində mənfi mənada yeri ola biləcək bir dağıntı prosesidir. Buna görə də ermənilər dağıtdığı, daşını daş üstə qoymadığı ərazilərə görə mütləq təxminat ödəməlidirlər.

– Dünyada bu cür təcrübələr mövcuddurmu?

– Bəli, dünyada bu cür təcrübələr mövcuddur. İkinci dünya müharibəsindən sonra faşist Almaniyası digər ölkələrə vurduqları zərərlərə görə təzminat ödəməyə məcbur ediliblər. Xüsusən də yəhudilərin soyqırımına, Holokost hadisəsinə görə faşist Almaniyası Nürmberq Məhkəməsində böyük məbləğdə təzminat ödəməyə məcbur olunub. İndi Azərbaycan da adıçəkilən məsələni Avropa Məhkəməsində qaldırıb. Ermənilərin təzminat məsələsi fikrimcə, çox ciddi faktları ortaya çıxaracaq. Üstəlik, bölgəyə vurulmuş zərərlə əlaqədar olaraq həm Azərbaycan xüsusi komissiyasının rəyi var, həm də dünyanın bu cür məsələlərlə məşğul olan təşkilatlarının rəyi mövcuddur. Bütün bunların hamısı məhkəmədə çox tutarlı arqument və fakt kimi müzakirəyə çıxarılacaq. Güman edirəm ki, Azərbaycana qarşı törədilmiş bu vəhşiliklərin, barbarlıqların heç olmasa bir qismini Ermənistana ödətdirmək mümkün olacaq.

– Ermənilər təzminatın əvəzində Zəngəzuru və ya digər əraziləri Azərbaycana geri qaytara bilərmi?

– Bəli, fikrimcə, bu da mümkündür. Ermənistan bəhanə gətirə bilər ki, mənim pulum yoxdur. Çünki işğalçı ölkənin hazırkı durumu göz önündədir. Hətta İrəvan bununla bağlı məsələləri dəbbələməyə çalışar. Amma sənin pulun yoxdursa, əvəzində torpaq ödəyə bilərsən. Məsələn, dünya praktikasında da buna bənzər hadisələr çox olub. Yunanıstan öz borcu miqdarında Egey və Mərmərə dənizindəki adaların bəzilərini təzminat əvəzində ödəyib. Bundan başqa, dünyanın bir sıra ölkələrində, Atlantik okeanında da olan adamlar bir dövlətdən başqa dövlətə pul müqabilində satılıb. Ona görə də Ermənistan ya depozit kimi illərlə boynuna borc kimi götürdüyü təzminatı ödəməklə razılaşa bilər, yaxud da qədim və əzəli Azərbaycan torpağı olan, təxminən 100 il bundan əvvəl Kreml tərəfindən Azərbaycan xalqının razılığı olmadan, zorla və həyasızcasına, çox namərdcəsinə, heç bir əsas gətirilmədən alınaraq Ermənistana verilmiş Zəngəzur torpaqları da ölkəmizə geri qaytarıla bilər. Bu, ən ədalətli bir qərar olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button